10:01 27-02-2020
news_image
112
FUTBOL

“Turində iki penalti vuracağıq” – Mauritsio Sarri

Çempionlar Liqasının 1/8 final mərhələsində “Lion”a 0:1 hesabı ilə məğlub olan “Yuventus”da futbolçular hakimlikdən narazı qalıblar.

Apasport.az saytının məlumatına görə, “qoca sinyora”nın baş məşqçisi Mauritsio Sarri də ispaniyalı referi Xesus Xil Mansaronun qərarlarını ədalətsiz sayıb.

Fransadakı qarşılaşmadan sonra mətbuat konfransında maraqlı fikirlər səsləndirən Sarri cavab görüşündə hakimlərin onların lehinə qərarlar verəcəyini iddia edib: “İtaliyadakı oyunda rəqibin qapısına iki penalti vuracağıq. Biri Ronaldoya, biri isə Dibalaya qarşı kobudluğa görə. Avropada İtaliyadan fərqli qərarlar verilir və biz buna uyğunlaşmağa məcburuq”.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı martın 17-də Turində keçiriləcək.