21:28 27-02-2020
news_image
705
FUTBOL

"Araz"a 1 qol yetdi, "Marafon"dan darmadağın – YENİLƏNİB

Bu gün futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında XVII turun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, eyni gündə baş tutan qarşılaşmalar “Olimpik Star”da təşkil olunub.

Günün mərkəzi matçında liderlər üz-üzə gəliblər. İtkisiz irəliləyən son çempion “Araz”ı EKOL da dayandıra bilməyib. "Araz" yeganə qolla rəqibinə qalib gəlib.

Mükafatlar uğrunda mübarizə aparan digər komandalardan “Neftçi” “Xızı Futzal”ı, “Marafon” isə “Premier”i məğlub edib. Xüsusən də, ikincilər rəqibini darmadağına məruz qoyublar. “Baku Fire” yarışın autsayderi “Yasamal”a heç bir şans verməyibsə, günün son görüşündə “Bakı” “Record club”dan üstün olub.

Ümumiyyətlə, tur bol qollu alınıb. Baş tutan 5 qarşılaşmada qapılara 52 top vurulub.

 

Yüksək Liqa
XVII tur
27 fevral

12:00. “Neftçi” – “Xızı Futzal” - 3:1
Vahib Xocayev, 15:33; Rüfət Balakişiyev, 27:08, 32:52 - Elnur Soltanlı, 09:46
Hakimlər: Ramil Namazov, Nail Nağıyev, Etibar Həsənov

14:00. “Marafon” – “Premier” - 19:5
Mohsen Mohammadzadeh, 0:29, 13:23; Rashid Gholipour, 01:26, 01:57, 23:31; Majid Khazaei, 02:55, 08:39, 31:12; Seymur Məmmədov, 06:11; Shahab Shahnazian, 11:53, 13:11; Nihad İsmayılov, 25:32, 27:23; Tofiq Məlikov, 28:21; Sərxan Məstiyev, 30:10; Anar Məmmədov, 33:39; Vitaliy Borisov, 34:47, 35:24; Farid Mazaherichorası, 35:49 - Vüqar Asalıyev, 16:31, 34:15, 36:33; Habil Nurəhmədov, 24:16; Elnur Qasımov, 38:36
Hakimlər: Ramiz Məhərrəmov, Elmir Quluzadə, Knyaz Əmiraslanov

16:00. “Baku Fire” – “Yasamal” - 10:2
Renat Sultanov, 0:31; Asif Zeynalov, 03:31, 12:06, 32:15; Rəvan Abdullayev, 20:59; Rauf Rüstəmov, 25:27, 32:59; Röyal Məhəmmədli, 30:37, 37:33; Elşən Zərbəliyev, 34:27 - İlahi Kərimov, 37:12; Renat Sultanov, 38:30 (ö/q)
Hakimlər: Rahin Heybətov, Ceyhun Hüseynov, Elvin Ağayev

18:00. EKOL – “Araz” - 0:1
Eshagh Soorghali, 27:42
Hakimlər: Anar Fərəcov, Əli Cəbrayılov, Fuad Həsənov

20:00. “Record club” – “Bakı” - 3:8
Vahid Ansari, 02:10, 04:56; Matin Gahramani, 05:47 - Fərid Səmədzadə, 07:02, 19:39; Elvin Adışırinli, 11:54, 25:41; Ağaseyid Qasımov, 19:59; İlham Allahverdiyev, 28:47; Vüsal Buludov, 30:45; Tural Lətifov, 33:20
Hakimlər: Kənan Məlikov, Ziya Nəsirov, Fuad Həsənov

1

Araz

16

16

0

0

114-29

48

2

EKOL

17

13

0

4

97-47

39

3

Marafon

16

13

0

3

112-40

39

4

Neftçi

17

12

0

5

74-58

36

5

Baku Fire

17

9

1

7

72-67

28

6

Bakı

17

5

2

10

62-89

17

7

Premier

17

4

2

10

55-91

14

8

Record club

17

4

1

12

61-101

13

9

Xızı Futzal

17

4

0

13

59-113

12

10

Yasamal

17

1

0

16

54-124

3

Bombardirlər: Firudin Ağalarov (Premier, Quba / Xızı Futzal) - 29, Xətai Bağırov (Araz) – 27 qol.