11:16 27-02-2020
news_image
114
FUTBOL

12-ci yer – Avropa birinciliyində

Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa birinciliyində yeniyetmə qılıncoynadanların mübarizəsinə yekun vurulub. 

Apasport.az saytının məlumatına görə, turnirin son günü sablya, şpaqa və rapira silah növləri üzrə komanda yarışları baş tutub. 

Oğlan sablyaçıların mübarizəsində Murad Əkbərov, Maqsud Hüseynli və Saleh Məmmədovdan ibarət kollektiv Fransa komandası ilə qarşılaşıb. Təmsilçimiz Avropa çempionu adını qazanan fransalı həmkarlarına 31:45 hesabı ilə məğlub olub. Sablyaçılaırmız komanda yarışının yekun sıralamasında 12-ci yeri tutub.

Yeniyetmə qız şpaqaçılarımız isə Böyük Britaniyanı təmsil edən kollektivə 30:45 hesabı ilə uduzub. Nazilə Rəhimova, Azərin İdriszadə və Alfiya Abdinovadan ibarət komandamız yekun sıralamada turniri 19-cu sırada başa vurub.

Qeyd edək ki, Poreçdə gənc qılıncoynadanlar da yarışacaqlar.