14:04 27-02-2020
news_image
322
TOKİO-2020

Tokio-2020: Milli komandamız üçün daha 2 vəsiqə

Azərbaycan Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında daha 2 iştirak hüququ qazanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Paralimpiya Komitəsi paraüzgüçülərimizin nəticələrini nəzərə alaraq və gender bərabərliyinə riayət edərək, bu növ üzrə milli komandamız üçün daha 2 lisenziya ayırıb.

Vəsiqələri dünya reytinqində “onluq”da olan Dana Şandıbina və ötən il Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatında bürünc medal qazanmış Vəli İsrafilov əldə ediblər.

Bununla da Azərbaycan yığmasının lisenziya sayı 9-a çatıb. Daha öncə Oloxan Musayev, Samir Nəbiyev, Kamil Əliyev (hər üçü paraatlet), Kamran Zeynalov, Yelena Taranova (hər ikisi paraatıcı), Elşən Hüseynov (parapauerliftinq) və Roman Saley (paraüzgüçü) də Tokio-2020-də iştirak hüququ qazanıblar.