16:15 27-02-2020
news_image
148
FUTBOL

“Şərəf Zalı” yaradılır – Premyer Liqada

İngiltərə Premyer Liqasında mart ayından etibarən yenilik ediləcək.

Apasport.az saytının məlumatına görə, “Şərəf Zalı” yaradılacaq.

Orada karyerasını başa vurmuş futbolçuların adları yer alacaq. Həmin oyunçuların yalnız Premyer Liqadakı çıxışları nəzərə alınacaq. “Şərəf Zalı”nın ilk iki üzvünün adı martın 19-da açıqlanacaq.

Eyni zamanda azarkeşlərin səs vermələri üçün qısa siyahı təqdim ediləcək.