22:00 27-02-2020
news_image
190
FUTBOL

Qaydaları dəyişin - FİFA-dan yeni tələb

İspaniya futbolundakı transfer qaydaları FİFA-nın qəzəbinə səbəb olub.

Apasport.az saytının məlumatına görə, dünya futbol qurumu pireneylilərin qarşısına əsasnamənin dəyişdirilməsi tələbi qoyub.

FİFA “transfer pəncərəsi”ndən kənar keçidlərə icazə verilməsinə qadağa qoyulmasını istəyir. Bu qadağa cari mövsümün sonunda qoyulmalıdır.

Məsələ ondadır ki, İspaniyada 5 aylıq zədəli olan futbolçunun əvəzinə yenisini istənilən vaxt icazə ilə transfer etmək mümkündür. Bunun gündəmə gəlməsinə səbəb “Barselona”nın “Leqanes”in oyunçusu Martin Braytveyti fevralın 20-də heyətinə qatmasıdır.

Kataloniyalılara bu keçidi rəsmiləşdirməyə ona görə icazə verilib ki, hücumçular Usman Dembele və Luis Suares zədələnib. Amma oyunçusu “Barselona”ya keçən “Leqanes”ə yeni oyunçu ilə güclənməyə icazə verilməyib.

Qeyd edək ki, FİFA 2016-cı ildə İspaniyada “transfer pəncərəsi”ndən kənar keçidlərə son verilməsi ilə bağlı xahiş etmişdi. Bu dəfə isə qurum tələblə çıxış etməyi lazım bilib.