01:59 28-02-2020
news_image
134
FUTBOL

Ərsun Yanalın cəzası açıqlandı

Türkiyə Superliqasının XXIII turunda "Qalatasaray"la keçirilən oyunda qırmızı vərəqə alan "Fənərbaxça"nın baş məşqçisi Ərsun Yanal və futbolçusu Dəniz Türüçün cəzası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yerli Nizam-İntizam Komitəsi onları 1 oyunluq diskvalifikasiya edib.

Yanal və Türüçlə yanaşı, "sarı-lacivərdlilər"in köməkçi-məşqçisi Volkan Kazak da qarşıdakı turda texniki zonada yer ala bilməyəcək. Matçdan sonra sərt açıqlamalarla diqqət çəkən yarımmüdafiəçi Ozan Tufan isə pul cəriməsi ilə canını qurtarıb.

Komitə ümumilikdə "Fənərbaxça"ya 282 min 500 lirə, "Qalatasaray"a isə 104 min 500 lirə məbləğində cərimə kəsib.

Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" oyunu qonaq komandanın 3:1 hesablı qələbəsi ilə nəticələnib.