04:16 28-02-2020
news_image
157
FUTBOL

"Real" şikayət edəcək - Ramosa görə

"Real" Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" ilə oyunda kapitanı Serxio Ramosa göstərilən qırmızı vərəqə ilə razılaşmır.

Apasport.az saytının məlumatına görə, "kral klubu" bununla bağlı apellyasiya şikayəti edəcək. İspaniya təmsilçisi müdafiəçinin "qırmızı"sının ləğvi üçün bütün mümkün addımlara əl atmaq niyyətindədir.

Qeyd edək ki, Serxio Ramos Çempionlar Liqası tarixində 3-cü dəfə birbaşa qırmızı vərəqə alan ilk futbolçudur.