08:47 28-02-2020
news_image
288
FUTBOL

Emil Balayev "Bude-Qlimt"ə baxışa gedib – Kolstad açıqladı

Azərbaycan millisinin qapıçısı Emil Balayev "Bude-Qlimt"də baxışdadır.

Apasport.az saytının məlumatına görə, bunu Norveç klubunun qapıçılar üzrə məşqçisi Yonas Ueland Kolstad deyib.

"Tobol"un sabiq üzvü "Bude-Qlimt"də "Ankaragücü"nə transfer olunan Rikardo Fridrixə ən layiqli əvəzləyici sayılır. Lakin Kolstad bu gün keçiriləcək ikitərəfli oyundan sonra Emillə bağlı qərarlarını verəcəklərini söyləyib: "Emilin son illər Qazaxıstan və Azərbaycan klublarında yaxşı oyun təcrübəsi var. Həmçinin Avropa çempionatının seçmə mərhələsinin son matçlarında Azərbaycan millisinin qapısını qoruyub. Bir müddətdir onu izləyirik. Daha bir dəfə yaxından durumu ilə tanış olmaq üçün düşərgəyə dəvət etdik".

Qeyd edək ki, qış fasiləsində "Tobol"la müqaviləsinə xitam verilən Emil Balayev hazırda azad agent statusu daşıyır.