17:54 28-02-2020
news_image
336
FUTBOL

“Koronavirusla bağlı B planımız hazırdır” – Ramin Musayev

“Hələ ki, çempionat oyunlarının təxirə salınması məsələsi gündəmdə deyil”.

Bunu apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Bir neçə ölkədə sürətlə yayılan koronavirus infeksiyasına yoluxma faktı Azərbaycanda da qeydə alınıb. Musayev bunun futbol yarışlarına təsiri məsələsinə münasibət bildirib.

PFL rəhbəri vəziyyəti diqqətdə saxladıqlarını, lakin bununla bağlı hansısa tədbir görməyə tələsmədiklərini söyləyib: “Sevindirici haldır ki, ölkəmizdə bu virusla bağlı hələ böyük problem aşkarlanmayıb. Təbii ki, hadisələrin gedişatını izləyirik. Əgər ehtiyac yaranarsa, çempionat oyunlarının təxirə salınması gündəmə gələ bilər. Əlbəttə, bununla bağlı B panımız var, təxirəsalınmalar olarsa, təqvim dəyişikliyinə hazırıq. Ancaq ümid edirəm ki, buna ehtiyac qalmaz”.

Qeyd edək ki, koronavirus yayılmış bir neçə ölkədə idman yarışları dayandırılıb. Hətta Çempionlar Liqası, Avropa Liqası, Avropa çempionatı kimi böyük futbol tədbirlərinin təxirə salınması da istisna deyil.