00:04 29-02-2020
news_image
137
FUTBOL

"Real"la cavab oyununu buraxacaq - Emerik Laporte

"Mançester Siti"nin müdafiəçisi Emerik Lyaportun durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/8 final mərhələsində "Real"la matçda zədələnən fransalı futbolçu bir ay müddətinə kollektivdən ayrı qalacaq.

Bunu "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola da təsdiqləyib. O, 26 yaşlı oyunçunun qarşıdakı bir ay ərzində matçlarda iştirak etməyəcəyini bildirib. Bu isə o deməkdir ki, Laporte Premyer Liqada Mançester derbisində, eləcə də "Real"la cavab qarşılaşmasında meydanda olmayacaq.

Qeyd edək ki, "Mançester Siti" - "Real" oyunu martın 17-də Mançesterdə keçiriləcək. Komandalar arasında Madriddə baş tutan qarşılaşmada ingilislər 2:1 hesablı qələbə qazanıblar.