11:47 29-02-2020
news_image
145
FUTBOL

“Bu, üçüncü yerlə reallaşsa, super olar” - Miyuşko Boyoviç

"Sumqayıt" yaxşı futbol oynayır. Çox çətin oyun olacaq. Rəqib də "üçlüy"ə iddia edir. Buna baxmayaraq, biz qələbə üçün oynayacaq”. 

Bunu apasport.az saytına "Keşlə"nin futbolçusu Miyuşko Boyoviç deyib.

Monteneqrolu mərkəz müdafiəçisi Premyer Liqanın XIX turu çərçivəsində qarşılaşacaqları "Sumqayıt"la oyun haqda danışıb. O, bildirib ki, əsas məqsədləri rəqibə gücünü göstərməkdir: “Biz heç bir komandaya asanlıqla xal vermirik. Ona görə də bu gün də qələbə üçün oynayacağıq. Böyük təzyiq altında oyun gedəcək. Mövsüm sonunda avrokuboklara vəsiqə qazansaq, çox sevinərəm. Bu, üçüncü yerlə reallaşsa, doğurdan da super olar. Kağız üzərində üstünlüyümüz var və biz bunu reallığa çevirməyə çalışacağıq".

32 yaşlı legioner komanda yoldaşı Sezar Meza Kollinin Azərbaycan millisi üçün milliləşdirilməsinə də şərh verib: "Monteneqroda da oxşar vəziyyət var, amma bir az fərqlidir. Bizdə yığmaya serbiyalı oyunçular dəvət edilir. Sezar Meza Kolli məsələsini anlayıram. O, qızıl futbolçudur. Bu dəqiqə Sezar kimi futbolçu tapmaq çətindir. AFFA da bunu anlayır və Sezarı gələcək üçün qazandırmaq istəyir. Mən Sezar adına xoşbəxtəm".