12:37 29-02-2020
news_image
97
FUTBOL

Ayrılıq qərarı - Lemparddan narazıdır

"Çelsi"nin qapıçısı Kepa Arrizabalaqa mövsümün sonunda klubu tərk etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, ispaniyalı qolkiper baş məşqçi Frenk Lempardın ona olan münasibətindən razı deyil.

Gənc mütəxəssisin yayda satılmasını istədiyi 26 yaşlı oyunçu artıq özü də ayrılmaq qərarına gəlib. Londonlularla müqavilə müddəti 2025-ci ilin yayına qədər olan Kepa 2018-ci ildə "Atletiko"dan 80 milyon avroya transfer edilib. "Çelsi" "Atetiko"ya Yan Oblak müqabilində 30 milyon avro və Kepanı təklif edib.

Qeyd edək ki, Kepa Arrizabalaqa bu mövsüm Premyer Liqada keçirdiyi 24 oyunda qapısında 32 qol buraxıb.