16:54 29-02-2020
news_image
356
TOKİO-2020

Kilian Mbappe Olimpiadaya aparılır

PSJ-nin hücumçusu Kilian Mbappe Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı forvard Fransanın U-23 yığmasının ilkin siyahısına salınıb.

Mbappe Olimpiadada oynamaq arzusunu Fransa Futbol Federasiyasına bildirib. Baş məşqçi Silven Ripol da onun adını ilkin siyahıya salmaq qərarına gəlib. Ancaq forvardın Tokioya aparılması üçün PSJ klubunun da razılığı alınmalıdır.

Qeyd edək ki, Olimpiadada futbol yarışları 22 iyul - 8 avqust aralığında baş tutacaq. Yekun siyahıda 3 qapıçı, 16 sahə oyunçusu olacaq.