18:08 29-02-2020
news_image
96
DİGƏR NÖVLƏR

Xüsusi Olimpiya Komitəsinin hesabat-seçki konfransı keçirildi

Bakı İdman Sarayında Azərbaycan Xüsusi Olimpiya Komitəsinin hesabat-seçki konfransı keçirilib.

Apasport.az saytının məlumatına görə, komitənin səlahiyyətli nümayəndəsi və prezidenti Şahin Əliyev komitənin sədri və baş idarəedicisi vəzifəsinə seçilib.

Komitənin prezidenti vəzifəsinə qurumun vitse-prezidenti, Milli Məclisin deputatı Fazil Mustafanın namizədliyi konfrans iştirakçıları tərəfindən dəstəklənib.

Eyni zamanda, hesabat-seçki konfransında nəzarət-təftiş komissiyasına da üzvlər seçiliblər.