18:55 29-02-2020
news_image
106
FUTBOL

Dmitri Nazarovun komandası “Hamburq”a qalib gəldi

Almaniya II Bundesliqasında XXIV turun oyunları keçirilir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Aue" növbəti matçına çıxıb.

Onlar öz meydanında liderlər qrupunda qərarlaşan "Hamburq"u qəbul ediblər. Oyun “Aue”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxan Nazarov 76-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 34-ə çatdıran "Aue" turnir cədvəlində 7-ci pilləyə yüksəlib.