23:14 29-02-2020
news_image
191
FUTBOL

Baş məşqçi istefası - Super Liqada

Türkiyədə daha bir baş məşqçi istefası reallaşıb.

Apasport.az saytının məlumatına görə, "Rizəspor" çalışdırıcısı İsmail Kartalla yollarını ayırıb.

Buna səbəb komandanın Super Liqanın XXIV turunda "Trabzonspor"a səfərdə böyükhesablı məğlubiyyəti (2:5) olub. Qarşılaşmadan sonra klub rəsmi saytı vasitəsilə Kartalın istefa ərizəsini rəhbərliyə təqdim etdiyini yazıb. Çalışdırıcının istefası artıq qəbul olunub.

Qeyd edək ki, "Rizəspor" hazırda 24 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşır.