23:30 29-02-2020
news_image
131
FUTBOL

“Şalke” darmadağın oldu, “Bavriya”dan 6 qol

Almaniya Bundesliqasında XXIV tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun ikinci oyun günündə beş matç keçirilib.

Son çempion “Bavariya” səfərdə “Hoffenhaym”ı 6 qolla darmadağın edib. Əslində, bu görüşdə daha çox qol vurula bilərdi. Lakin oyunun dayanması və bundan sonra yaşananların hesabın dəyişməsinə imkan verməyib. Münhen təmsilçisinin azarkeşləri rəqib klubun sahibi Ditmar Hoppun ünvanına qaldırılan bannerdə onu təhqir edərək fahişənin oğlu adlandırıblar. Bu üzdən oyun dayandırılıb. “Bavariya” futbolçu və nümayəndələrinin xahişi ilə plakat yığışdırılıb. Amma meydana qayıdan hər iki komandanın futbolçuları azarkeşlərə etiraz əlaməti olaraq matçın sonunda 10 dəqiqəyə yaxın nümayişkaranə şəkildə ötürmələr edərək, hücuma keçməyiblər. “Bavariya” rəhbərliyi isə azarkeşlərə görə xəcalət çəkdiyini açıqlayıb.

“Auqsburq” – “Borussiya” matçı da məhsuldar keçib. 5 qolun qeydə alındığı qarşılaşmada Mönhenqladbax təmsilçisi üç xala sahib çıxıb.

“Mayns” öz meydanında autsayder “Paderborn”u ilk yarıda vurulan iki qolla üstələyib. Dortmund “Borussiya”sına “Frayburq”la görüşdə bir qol da qələbə üçün kifayət edib.

Fərqli vəzifələr üçün mübarizə aparan “Köln”lə “Şalke”nin duelində üç qol vurulub. Meydan sahibləri rəqibini darmadağın edib.

Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq.

Almaniya Bundesliqası
XXIII tur
29 fevral
“Mayns” – “Paderborn” – 2:0

Quaison, 29, Onisivo, 38
“Borussiya” D – “Frayburq” – 1:0
Sanço, 15
“Auqsburq” – “Borussiya” M – 2:3
Loven, 57, Finnboqasson, 83 – Bensebayni, 49, Ştindl, 53, 79
“Hoffenhaym” – “Bavariya” – 0:6
Qnabri, 2, Kimmix, 7, Zirkzi, 15, Koutinyo, 33, 47, Qoretska, 62
“Köln” – “Şalke” – 3:0
Bornau, 9, Kordoba, 39, Nübel, 75 (avtoqol)

1.

Bavariya

24

16

4

4

71:26

52

2.

Leypsiq

23

14

6

3

61:25

48

3.

Borussiya D

24

14

6

4

66:32

48

4.

Borussiya M

24

14

4

5

46:27

46

5.

Bayer

23

13

4

6

40:29

43

6.

Şalke

24

9

9

6

32:35

36

7.

Volfsburq

23

9

7

7

42:28

34

8.

Hoffenhaym

24

10

4

10

34:42

34

9.

Frayburg

24

9

6

9

31:34

33

10.

Union

23

9

2

12

29:36

29

11.

Köln

23

9

2

12

36:42

29

12.

Ayntraxt

23

8

4

11

38:37

28

13.

Auqsburq

24

7

6

11

36:50

27

14.

Herta

24

7

6

11

30:46

27

15.

Mayns

24

8

1

15

33:52

25

16.

Fortuna

24

5

6

13

26:49

21

17.

Verder

23

4

5

14

25:53

17

18.

Paderborn

24

4

4

16

29:52

16