00:13 01-03-2020
news_image
209
FUTBOL

“Uotford” Premyer Liqa tarixinə, “Liverpul” “Mançester Yunayted”in gününə düşdü

İngiltərə Premyer Liqasında ilk dəfə çempionatın lideri düşmə zonasında qərarlaşan komandaya böyük hesabla uduzub.

Apasport.az saytının məlumatına görə, bu fiaskoya uğrayan komanda “Liverpul” olub.

44 oyundur uduzmayan mersisaydlılar 19-cu pillədə qərarlaşan “Uotford”a 0:3 hesabı ilə məğlub olublar. Evdə qalib gələn sonuncular bununla da Premyer Liqada ilk müəllifi olub.

Təkcə 1992-ci ildə yaranan Premyer Liqa, bütün İngiltərə çempionatları tarixinə nəzər salsaq, sonuncu belə hadisə 35 il öncə yaşanıb. 1985-ci il noyabrın 23-də “Lester” “Mançester Yunayted”in qapısından üç cavabsız qol keçirib.