18:53 01-03-2020
news_image
396
FUTBOL

“Neftçi” qələbəni əldən verdi, “Qəbələ” tilsimi qırdı – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun son günündə iki matç keçirilib.

Hər iki oyun Bakıda baş tutub.
Öncə turnir cədvəlinin ikinci yarısında qərarlaşanların duelində “Zirə” “Qəbələ”ni qəbul edib. Son üç turda məğlubiyyətləri sıralayan meydan sahibləri və bu il xal qazanmayan əyalət klubu uğursuz seriyaya son qoymaq üçün mübarizə aparıb. Bakılılar ilk hissədə hesabı açmalarına baxmayaraq, son dəqiqələrdə geridönüş edən "Qəbələ" rəqibi üzərində əzmkar qələbə qazanaraq, tilsimi qırıb.

Tura paytaxt derbisi ilə yekun vurulub. Ötən mövsüm ilk “üçlük”də yer alan “Neftçi” və “Səbail” “ağ-qaralar”ın meydanında üz-üzə gəlib. İlk hissəsi qolsuz bitən matçda hesab fasilədən sonra açılıb. “Neftçi” rəqib avtoqolu sayəsində hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Uzatma dəqiqələrində fərqlənən “Səbail” məğlubiyyətdən qaçıb.

Qeyd edək ki, turun ilk oyun günündə hər iki matç heç-heçə bitib. “Sumqayıt” “Keşlə” ilə 2:2, “Qarabağ” “Sabah”la 0:0 hesablı sülhə imza atıb.

Azərbaycan Premyer Liqası
XIX tur
1 mart (bazar)

15:00. “Zirə” – “Qəbələ” - 1:2
Qollar:
Muradov, 21 - Fernan Lopes, 80; Rövlan Muradov, 87
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rəşad Əhmədov
“Zirə”: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov, 33. Yovan Krneta, 27. Adrian Skarlatake (k), 43. Riçard Qadze, 3. Ali Sisey, 18. George Anton, 11. Davit Volkov, 70. Nicat Süleymanov
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 48. Şafik Tiqrudja, 25. Miloş  Bakraç, 6. Alvaro Ampuero, 20. Əli Şirinov, 55. Rauf Hüseynli
Baş məşqçi: Zaur Həşimov
“Qəbələ”: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 28. Murad Musayev, 3. İviça Juniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 32. Nikolas Raysel, 19. Rövlan Muradov, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 12. Abdelrafik Jerar, 22. Rodriqo Qattas, 17. Yaovi Akakpo, 55. İdris İnqilablı
Baş məşqçi: Azər Bağırov
Zirə İdman Kompleksinin stadionu 

17:00. “Neftçi” – “Səbail” - 1:1
Qol: 
Eriko da Silva, 55 (avtoqol) - Əliyev, 90+2
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Vüqar Həsənli
“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 9. Baqali Dabo, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 88. Saman Nərimancahan, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 93. Soni Mustivar, 10. Dario Frederiko, 11. Evangelos Platellas, 55. İbrahim Əliyev, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov
Baş məşqçi: Füzuli Məmmədov

“Səbail”: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 10. Maykl Esyen, 21. Eriko da Silva, 27. Hendrik Ekşteyn, 19. Ruslan Hacıyev
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 4. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 9. Mirsahib Abbasov, 16. Peyman Keşavarz, 8. Lema Mabidi, 30. Murad Qayalı, 77. Ədilxan Qarəhmədov, 79. Əli Sadıxov
Baş məşqçi: Aftandil Hacıyev
“Bakcell Arena”

1

Qarabağ

19

12

6

1

32-7

42

2

Neftçi

19

9

7

3

29-14

34

3

Keşlə

19

8

6

5

27-19

30

4

Sumqayıt

19

6

5

8

24-27

23

5

Sabah

19

5

6

8

19-23

21

6

Zirə

19

5

5

9

22-36

20

7

Səbail

19

5

5

9

15-27

20

8

Qəbələ

19

4

4

11

20-35

16

Bombardirlər: Stiven Monroz ("Neftçi"), Mahir Emreli ("Qarabağ"), Peyman Babayi (“Sumqayıt”) - 7 qol.