15:05 02-03-2020
news_image
239
FUTBOL

Abdulla Zubirdən əl çəkmir – Fransa klubu

"Qarabağ"ın futbolçusu Abdulla Zubirin Fransaya qayıtmaq variantı ortaya çıxıb. 

Apasport.az saytının məlumatına görə, mövsümün əvvəlində onu transfer etmək istəyən "Genqam" yenidən hərəkətə keçib. 

Yayda Zubiri heyətinə qata bilməyən Fransa klubu yarımmüdafiəçini mövsüm sonunda rənglərinə bağlamaq niyyətindədir. Fransa Liqa-2-də mübarizə aparan komanda yüksək liqaya vəsiqə qazanacağı təqdirdə “Qarabağ”lını transfer etməkdə daha da israrlı olacaq. 

Qeyd edək ki, "Genqam"la yanaşı, "Valensiyen" da 28 yaşlı oyunçunu izləməkdə davam edir.