16:24 02-03-2020
news_image
156
FUTBOL

Super Liqanın liderində gözlənilməz ayrılıq

Türkiyə Super Liqasının lideri “Trabzonspor”da gözlənilməz ayrılıq baş verib.

Apasport.az saytının məlumatına görə, ingiltərəli hücumçu Daniel Starric Qara dəniz təmsilçisi ilə vidalaşıb.

Cari mövsümün əvvəlində “Liverpul”dan heyətə cəlb edilən 31 yaşlı forvardın çıxışından məmnun qalmayan rəhbərlik onun 2021-ci ili yayına qədər olan müqaviləsini ləğv edib. “Bordo-mavililər” rəsmi sayt vasitəsilə bunu bəyan ediblər. İngiltərə millisinin sabiq üzvü Türkiyə təmsilçisindən təzminat tələb etməyib.

Qeyd edək ki, Daniel Starric bu mövsüm meydana çıxdığı 16 oyunda 7 qol, 4 assistlə yadda qalıb.