16:42 02-03-2020
news_image
106
FUTBOL

AVRO-2020-nin təqvimində dəyişik olmayacaq

UEFA AVRO-2020 ilə bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, bir çox ölkədə koronavirusun yayılmasına baxmayaraq, qitə futbol qurumu Avropa çempionatının təqvimində dəyişiklik etməyəcək.

Bu barədə qərar UEFA İcraiyyə Komitəsinin bu gün Amsterdamda baş tutan iclasında verilib. Qurum vəziyyəti izlədiyini, beynəlxalq və yerli hakimiyyət orqanları ilə daim təmasda olduğunu və turnirin təqvimində heç bir dəyişiklik olmayacağını vurğulayıb.

Qeyd edək ki, AVRO-2020 12 iyun – 12 iyul tarixlərində Avropanın 12 müxtəlif ölkəsində keçiriləcək.