17:29 02-03-2020
news_image
565
DİGƏR NÖVLƏR

Azərbaycanda şikayətə görə baş məşqçi kənarlaşdırıldı, federasiya buraxıldı

Bakıda Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyasının idarə heyətinin iclası keçirilib. 

Federasiyanın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qurumun ofisində baş tutan yığıncaqda şikayətlərə baxılıb. 

Şikayətlər haqqında federasiyasının prezidenti, İdarə Heyətinin sədri Ceyhun Əşrəfov məruzə edib. Şikayətlər araşdırıldıqdan sonra İdarə Heyətinin qərarına əsasən baş məşqçi Abbas Hümbətov məşqçilikdən uzaqlaşdırılıb.

Bundan başqa, federasiyasının prezidentinin, vitse-prezidentlərinin, İdarə Heyətinin səlahiyyətlərinin dayandırılması və qurumun Ali Orqanı olan Konfransının çağırılması haqqında məruzəçi vitse-prezident Samir İsmayılov danışıb. İdarə Heyətinin qərarına əsasən, Sindo-Ryu və Pençak Silat Federasiyasının rəhbərliyi tam tərkibdə istefaya göndərilib. 

Baş məşqçi postu müvəqqəti olaraq Məqami Bayramova həvalə olunub.

Beynəlxalq Sindo-Ryu və Pençak Silat Federasiyasının (PERSİLAT) rəhbərliyi Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyasının İdarə Heyətinin qərarını dəstəkləyib. 

Ardınca Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyasının növbəti konfransı keçirilib. Yığıncaqda 11 nəfərdən ibarət yeni İdarə Heyəti, vitse-prezidentlər, baş məşqçi və nəzarət təftiş komissiyasının üzvləri, hakimlər kollegiyası seçilərək, növbəti 4 il üçün təsdiq olunular. 

Federasiyanın prezidenti yekdilliklə Ceyhun Əşrəfov seçilib.