21:41 02-03-2020
news_image
170
FUTBOL

Çempionlar Kuboku ləğv olundu

Hər il mövsümlərarası fasilədə müxtəlif qitələrdə təşkil edilən Beynəlxalq Çempionlar Kuboku turniri bu dəfə baş tutmayacaq.

Apasport.az saytının məlumatına görə, buna səbəb bir çox ölkədə koronavirusun sürətlə yayılmasıdır.

Adətən Şimali Amerika, Avstraliya və Asiyada keçirilən turnirin bu yay Asiya qitəsində təşkili planlaşdırılırdı. Lakin təşkilatçılar futbolçuların və azarkeşlərin sağlamlığını riskə atmamaq üçün turnirin ləğvini qərara alıblar.

Avropanın nəhəng klubları "köhnə qitə" ölkələrinin birində kiçik turnir keçirmək fikrindədirlər.