00:00 03-03-2020
news_image
164
FUTBOL

Super Liqa klubunda yeni baş məşqçi

"Yeni Malatyaspor"un yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu Hikmət Karamanla ilkin razılığa gəlib.

Sərgən Yalçının gedişindən sonra baş məşqçi postuna gətirilən Kemal Özdeşlə də yollarını ayıran Super Liqa təmsilçisi Karamanla hərtərəfli anlaşma əldə edib. 60 yaşlı mütəxəssisin bu gün təyinatının rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, Hikmət Karamanın son iş yeri 2018-19 mövsümündə "Kayserispor" olub.