10:19 03-03-2020
news_image
4769
FUTBOL

Yeni məşqçinin kimliyi bilindi - Azərbaycan millisində

Azərbaycan millisinin yeni məşqçilərindən birinin adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, ölkə xaricində baş məşqçi axtarışlarını davam etdirən AFFA yerli köməkçilərdən birini müəyyənləşdirib.

Bu, Nikola Yurçeviçin də dönəmində xorvatiyalının köməkçisi olmuş Arif Əsədovdur. Assosiasiya ilə müqavilə müddəti bu ay başa çatan Əsədovla yeni sözləşmə ilə bağlı ilkin danışıq aparılıb. Təcrübəli mütəxəssis özü də millidə qalacağını istisna etməyib: “Müqavilə müddətim bitmək üzrədir. Qalmağımla bağlı ilkin danışıq olmuşdu. UEFA Millətlər Liqasının püşkatmasından sonra yəqin ki, konkret müəyyənləşər”.

Qeyd edək ki, yığmamızın baş məşqçi postuna ən real namizəd italiyalı Covanni De Byazi göstərilir.