20:56 03-03-2020
news_image
306
TOP OYUNLARI

"Xilasedici" yenidən zirvədə - YENİLƏNİB

Bu gün kişi voleybolçular arasında növbəti oyunlar keçirilib.
Apasport.az saytının məlumatına görə,  “Sərhədçi” Olimpiya İdman Mərkəzində üç qarşılaşma baş tutub.
Günə turnir cədvəlinin ikinci yarısında qərarlaşan “Express” və “Azərreyl” arasında oyunla start verilib. Görüş “dəmiryolçular”ın “quru hesablı” qələbəsi ilə başa çatıb.

Ardınca autsayder “Sərhədçi” çempionluğa iddialı “Xilasedici” ilə üz-üzə gəlib. Matçda mövsümün sürpriz komandası rəqibinə şans verməyib və asan qələbəyə sevinib. 
Günə mükafatlar uğrunda mübarizə aparan “Murov”la MOİK arasında qarşılaşma ilə yekun vurulub. Görüşdə Fərid Cəlalovun komandası rəqibindən üstün olub. Onlar MOİK-i 3:0 hesabı ilə məğlub  ediblər. 
Bu oyunlardan sonra turnir cədvəlində yalnız 1 dəyişiklik olub. “Xilasedici” set fərqinə görə yenidən zirvəyə qayıdıb. “Murov” isə onlarla xal fərqini 1-ə endirib. 

Azərbaycan çempionatı
Yüksək Liqa, kişilər
3 mart
14:00. “Express” - “Azərreyl” - 0:3 (20:25, 21:25, 22:25)

“Sərhədçi” Olimpiya İdman Mərkəzi

16:00. “Sərhədçi” - “Xilasedici” - 0:3 ( 9:25, 20:25, 17:25)
“Sərhədçi” Olimpiya İdman Mərkəzi

18:00. “Murov” - MOİK - 3:0(25:17, 25:17, 25:17)
“Sərhədçi” Olimpiya İdman Mərkəzi

N

Komanda

O

Q

M

S

T

X

1

Xilasedici

8

7

1

22-4

636-502

21

2

Neftçi

8

7

1

22-5

666-504

21

3

Murov

8

7

1

21-6

640-492

20

4

MOİK

9

5

4

18-13

702-658

16

5

Azərreyl

8

3

5

9-15

498-556

9

6

Ekspress

9

2

7

7-21

519-649

6

7

Gürcüstan

4

0

4

1-12

275-344

0

8

Sərhədçi

8

0

8

0-24

367-600

0