16:05 03-03-2020
news_image
150
FUTBOL

Bundesliqa klubu yaponlardan üzr istədi – səhv etdik

"Leypsiq" Almaniya Bundesliqasının XXIV turunun "Bayer"lə ev oyunu (1: 1) zamanı yaponiyalı azarkeşlərlə yaşanan problemə aydınlıq gətirib

Apasport.az saytının məlumatına görə, Almaniya təmsilçisi koronavirus şübhəsi ilə stadiondan çıxarılan fanatlardan üzr istəyib.

Rəhbərlik həmin azarkeşlərin növbəti matça dəvət ediləcəyini vurğulayıb: “Tövsiyələrə uyğun olaraq təhlükəsizlik xidməti potensial riskə məruz qalan ölkələrdən olan insanları yoxlamalıdır. Təəssüf ki, bu vəziyyətdə böyük bir qeyri-müəyyənliyə görə səhv etdik. Üzr istəyirik və bu vəziyyəti düzəltmək niyyətindəyik. Artıq yapon qonaqlarımızla əlaqə yaratmağa və onları növbəti oyuna dəvət etməyə çalışırıq. Koronavirusla əlaqəli problemlərin həlli üçün səlahiyyətli qurumlarla birlikdə hərəkətlərimizi intensiv və gündəlik şəkildə izləməyə davam edəcəyik. Bütün qonaqlar üçün ən yaxşı həll yolu tapmağa çalışacağıq”.

Qeyd edək ki, “Leypsiq”in təhlükəsizlik əməkdaşları “Bayer”lə matçın startından 10 dəqiqə sonra yaponiyalı azarkeşləri tribunalardan çıxarmışdı.