16:32 03-03-2020
news_image
125
FUTBOL

“UEFA alternativ təqvim hazırlayır” – baş katib

UEFA koronavirusa görə futbol yarışlarının təqvimində dəyişikliyə gedə bilər.

Apasport.az saytının məlumatına görə, bunu qitə futbol qurumunun baş katibi Teodor Teodoridis deyib.

O, UEFA-nın bu gün Amsterdamda baş tutan Növbəti Konqressindən sonra bildirib ki, təxirəsalmaların artma ehtimalını nəzərə alaraq, yeni təqvim çalışmalarına start veriblər: “Fərqli ssenarilər üzərində çalışırıq. Ancaq iyunda startı veriləcək Avropa çempionatının olduğunu unutmayaq. Bütün ehtimallara qarşı alternativ təqvimimiz mütləq olacaq”.

Qeyd edək ki, koronavirusun yayılması Avropanın bir neçə ölkəsində yüksək liqa oyunlarının təxirə salınmasına səbəb olub.