17:39 03-03-2020
news_image
1207
FUTBOL

“Zirə”də son vaxtlar nəticələr yaxşı olmasa da...” – Emil Balayev

“Burada olduğuma görə şadam. "Zirə" hədəfləri olan maraqlı komandadır”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə” ilə mövsümün sonuna qədər müqavilə bağlayan Emil Balayev deyib.

Bakı klubuna keçidini dəyərləndirən milli komandamızın qapıçısı bundan məmnunluq ifadə edib: “Burada millidə də bərabər oynadığım, əvvəldən də yaxşı tanıdığım futbolçular var. Son vaxtlar nəticələr yaxşı olmasa da, komandanın uğur qazanacağına inanıram. Bunun üçün mən də bacardığımın ən yaxşısını etməyə çalışacağam".

Qeyd edək ki, Emil Balayev əvvəlki klubu “Tobol”dan ötən ilin sonlarında ayrılıb.