22:09 03-03-2020
news_image
343
FUTBOL

"Millimiz qarşıya qoyulan hədəfə çata bilər" - yığmamızın məşqçisi

"Qrupumuzu nə güclü, nə də zəif kimi dəyərləndirərdim".

Bunu apasport.az saytına Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətlər Liqasının 2020-21 mövsümünün püşkünü dəyərləndirərkən deyib.

Əsədov Amsterdamda təşkil olunan püşkatma mərasimindən sonra millimizin C liqasında Lüksemburq, Kipr və Monteneqro ilə eyni qrupda qərarlaşmasına münasibət bildirib. Əsədov qrupu yığmamız üçün münasib adlandırıb: "Qrupdakı komandalar bərabər səviyyədədirlər. Hər birinin şansı var. Əlbəttə, arzuolunan komandalar düşməsə də, daha güclüləri var idi. Məsələn, Yunanıstan, Sloveniya və Kosovonu daha güclü komandalar saymaq olardı. Hesab edirəm ki, millimiz yer aldığı qrupda mübarizə apara və qarşıya qoyulan hədəfə çata bilər".

Qeyd edək ki, Millətlər Liqasında mübarizəyə sentyabr ayında start veriləcək.