22:30 03-03-2020
news_image
306
FUTBOL

Monteneqro millisinin baş məşqçisi Azərbaycanı fərqləndirdi

"Azərbaycan millisinə böyük hörmətim var".

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro millisinin baş məşqçisi Faruk Hacibeqiç UEFA Millətlər Liqasının 2020-21 mövsümünün püşkünü dəyərləndirərkən deyib.

63 yaşlı mütəxəssis Amsterdamda təşkil edilən mərasimdən sonra C liqasında Azərbaycan, Lüksemburq və Kiprlə birlikdə 1-ci qrupda qərarlaşmalarına münasibət bildirib.

Bosniya və herseqovinalı çalışdırıcı "CBC Sport" kanalına açıqlamasında çətin qrupa düşdüklərini söyləyib: "Bilirəm ki, işimiz çətin olacaq. Bütün yığmalar bərabər gücdədir. Müasir futbolda yeni nəsə icad etmək mümkün deyil. Əsas məsələ mübariz və kollektiv oyun sərgiləməkdir ki, Azərbaycan yığmasında da bu özəlliklər var".