14:57 04-03-2020
news_image
213
FUTBOL

“Şansımız var” – Vüsal İsgəndərli

"Hesab edirəm ki, normal qrupa düşmüşük. Hər bir rəqiblə də oynamaq olar”. 

Bunu apasport.az saytına Azərbaycan milli komandasının və “Keşlə”nin futbolçusu Vüsal İsgəndərli deyib. 

25 yaşlı hücumameylli yarımmüdafiəçi UEFA Millətlər Liqasının püşkatmasına münasibət bildirib. O, C liqasının 1-ci qrupunda Lüksemburq, Kipr və Monteneqro ilə üz-üzə gələcək yığmamızın uğur qazana biləcəyini qeyd edib: “Hazırda istənilən yığma futbol oynamağı bacarır. Ümid edirəm ki, bizim üçün xeyirlisi olar. Əlbəttə ki, lider olmaq, qrupdan çıxmaqla B liqasına yüksəlmək şansımız var”. 

Vüsal uğur üçün nəyin lazım olduğunu da vurğulayıb: “Vacib olan istək, mübarizədir. Xalqımızı sevindirmək üçün oynayacağıq. Düzdür, indi bütün komandalar oynaya bilir, istənilən halda biz də uğurlu nəticə üçün mübarizə aparacağıq".