15:42 04-03-2020
news_image
256
FUTBOL

Özünü “Barselona”ya təklif etdi - Braziliya millisinin kapitanı

PSJ-nin müdafiəçisi Tiaqo Silva mövsümün sonunda komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Paris klubu ilə müqavilə müddəti yaya qədər olan 35 yaşlı futbolçu “Barselona”nın formasını geyinmək arzusundadır.

Bu səbəbdən Braziliya millisinin kapitanı öz xidmətini Kataloniya klubuna təklif edib. Silva hətta maaşda güzəşt etməyə də hazırdır. O, qarşı tərəfdən müsbət cavab alsa, Qətər, Çin və ABŞ-dan gələn yüksək məvacibli təkliflərdən imtina edəcək. Lakin ispanlar “sambaçı” ilə danışıq aparmağa tələsmirlər.

Qeyd edə ki, Tiaqo Silva cari mövsüm PSJ-nin heyətində 30 matçda iştirak edib.