16:13 04-03-2020
news_image
232
TOP OYUNLARI

Voleybol üzrə Azərbaycan çempionatları da dayandırıldı

Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb. 

Apasport.az saytının məlumatına görə, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində keçirilməli olan matçları təxirə salınıb. Təxirə salınmış oyunların təşkili vaxtı hələ dəqiqləşməyib.

Qeyd edək ki, daha öncə eyni səbəbdən basketbol üzrə Azərbaycan çempionatı da dayandırılıb.