16:16 04-03-2020
news_image
143
FUTBOL

Uels millisinin oyunları ləğv oluna bilər

Uels millisinin mart ayında keçirməsi nəzərdə tutulan yoldaşlıq görüşləri baş tutmaya bilər.

Apasport.az saytının məlumatına görə, bunu komandanın baş məşqçisi Rayan Giqqz deyib.

Giqqz koronavirus infeksiyasının yayılma sürəti artarsa, proqramda dəyişiklik olunacağını istisna etməyib: “Hazırda oyunlara bacardığımız qədər yaxşı hazırlaşmaq barədə düşünürk. Bununla bərabər tibbi heyətimizlə də müntəzəm əlaqə saxlayırıq. İndi bütün diqqətimiz yayda keçiriləcək Avropa çempionatınadır. Yoldaşlıq görüşləri də ora hazırlıq məqsədi daşıyır. Ancaq vəziyyətin gedişinə görə hər hansı bir dəyişiklik ola bilər”.

Qeyd edək ki, Uels martın 27-də Avstriyanı, 30-da isə ABŞ-ı qəbul edəcək. Britaniya təmsilçisi oyunların Bakı və Romada keçiriləcəyi AVRO-2020-nin A qrupunda Türkiyə, İtaliya və İsveçrə ilə mübarizə aparacaq.