23:31 04-03-2020
news_image
131
FUTBOL

“Alanyaspor”dan səfər qələbəsi

Türkiyə kubokunda yarımfinal mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün ilk oyunlara yekun vurulub.

Günün yeganə matçı Antalyada baş tutub. Yerli “Antalyaspor” “Alanyaspor”u qəbul edib.

Matçın taleyini uzatma dəqiqələrində vurulan qol həll edib. Qonaqlar Junior Fernandesin qolu ilə qələbə qazanıb. Bu komandalar arasında cavab görüşü aprelin 22-də keçiriləcək.

Qeyd edək ki, bir gün öncə baş tutan digər yarımfinalda “Trabzonspor” “Fənərbaxça”nı 2:1 hesabı ilə məğlub edib. Rəqiblərin cavab oyunu aprelin 21-də baş tutacaq.

Türkiyə kuboku
Yarımfinal, ilk oyun
4 mart
“Antalyaspor” – “Alanyaspor” – 0:1

Fernandes, 90+7