09:42 05-03-2020
news_image
263
FUTBOL

“Həm Azərbaycan, həm də Kipr üçün yaxşı qrupdur” - Georgios Pelagios

"Həm Azərbaycan, həm də Kipr üçün yaxşı qrupdur. Bu iki komandanın oyunlarını da maraqlı alınacaq".

Bunu apasport.az saytına kiprli veteran futbolçu Georgios Pelagios deyib.

“Bakı”nın şərəfini qorumuş 35 yaşlı sabiq müdafiəçi Millətlər Liqasının püşkünə münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan millisini 1-ci qrupda həm Kiprlə, həm də Lüksemburq və Monteneqro ilə çətin matçlar gözləyir: “Kipr millisinin yeni baş məşqçisi var. Yohan Valemin rəhbərliyi altında yeniləşən yığmanın necə olacağını bilmirik. Hazırda yaxşı futbolçularımız var və ümid edirəm ki, o, yaxşı komanda yarada biləcək. Azərbaycanla oyunlara gəldikdə, hər iki komanda üçün ağır oyunlar olacaq, indidən nəsə demək çətindir".

Pelagios Azərbaycan millisində fərqləndirdiyi oyunçuların adını da açıqlayıb: "Azərbaycan yığması barədə də xoş sözlər demək olar. Komandanız yaxşı oyunçulara malikdir. Mahir Emrelini xüsusi vurğulayardım. Riçard Almeyda və başqa futbolçuları da tanıyıram".