10:53 05-03-2020
news_image
101
FUTBOL

“Daha çətin qrupa düşə bilərdik” – Monteneqro millisinin baş məşqçisi

“Düşdüyümüz qrupu məqbul saymaq olar”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibeqiç Azərbaycan millisinin də yer aldığı UEFA Millətlər Liqasının qrupu barədə danışarkən deyib.

Bosniya və herseqovinalı mütəxəssis yerli mətbuata açıqlamasında C liqasının 1-ci qrupunda mübarizə aparacaqları Azərbaycan, Kipr və Lüksemburqdan güclü olduqları qənaətindədir: “Püşkatmadan əvvəl narahat idim. Etiraf etməliyəm ki, daha çətin qrupa düşə bilərdik. Şəxsən mən hazırkı qrupumuzdan çox məmnunam. Son oyunlar və əldə edilən nəticələr bizi daha diqqətli olmağa vadar edir. Nə qədər yaxşı heyətə malik olsan belə, rəqiblərə ciddi yanaşmalısan. Bizim yeganə hədəfimiz qrupda birinci yeri tutmaqdır”.

Qeyd edək ki, oktyabrın 9-da III turda Monteneqronun qonağı olacaq Azərbaycan millisi V tur çərçivəsində noyabrın 12-də rəqibini qəbul edəcək.