13:06 05-03-2020
news_image
221
FUTBOL

Elmar Baxşıyev: “Onlar “Qəbələ”yə daha faydalı olacaqlar” - MÜSAHİBƏ

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin apasport.az saytına müsahibəsi

- “Qəbələ” Premyer Liqanın XIX turunda “Zirə”yə qalib gəlməyi gəldi. Məğlub durumda olsanız da, sonda üç xalı əldə etdiniz. Belə olacağına inamınız var idi?
- Komandamızın əvvəlki matçlarda da yaxşı oyun nümayiş etdirməsi, gələcəyə ümidlə baxmağımıza imkan verir. Əvvəlki görüşlərdə uduzsaq da, çox sayda qol imkanları yaradırdıq, amma onlardan yararlana bilmirdik. “Zirə” ilə görüşdə də yaxşı oynadıq və lazım olan imkanlardan yararlandıq.

- Komandada yeni transferlər az deyil. Onların “Qəbələ”yə xeyir verdiyini düşünürsünüz, yoxsa bəziləri ümidləri doğrultmur?
- Yeni transferlərimiz “Qəbələ”yə daha faydalı olacaqlar. Təbii ki, zaman keçdikcə belə olacağına inanırıq. Çünki hər biri potensialı yüksək futbolçudur. Komandaya xeyir verəcəklərinə ümid edirik.

- Premyer Liqanın XX turunda “Sumqayıt”ı qəbul edəcəksiniz. Onlarla oyundan gözləntiniz nədir?
- “Sumqayıt” öz oyun dəst-xətti ilə seçilən komandadır. Məncə, bizi çox çətin qarşılaşma gözləyir. Lakin istənilən halda, evdə oynayırıq və yaxşı nəticəyə köklənəcəyik. Baxımlı da futbol göstərməyə çalışacağıq. 

- Vaxtı ilə formasını geyindiyiniz Azərbaycan milli komandasının Millətlər Liqasındakı şanslarını necə dəyərləndirərdiz? Sizcə, Lüksemburq, Kipr və Monteneqro ilə mübarizədən qalib ayrılmaq olar?
- Qrupda bütün komandalar eyni gücdə, eyni səviyyədədir. Hər bir rəqibi düzgün analiz edib, uğurlu nəticə qazanmağımız mümkündür. Bilirsiz, Avropada asan rəqib anlayışı yoxdur. Hər bir oyuna maksimum nəticə istəyi ilə yanaşmaq lazımdır. Azərbaycan millisinə uğurlu nəticə və oyunumuzu inkişaf etdirəcək məşqçinin gəlməsi daha məqsədəuyğundur.