15:07 05-03-2020
news_image
1049
FUTBOL

“Qalatasaray”dan 2 transfer

Ardıcıl 3-cü Super Liqa çempionluğunu hədəfləyən “Qalatasaray” gələn mövsümün heyətini formalaşdırmağa başlayıb.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi artıq iki futbolçu ilə anlaşma əldə edib.

Cari mövsüm çempionluq yolunda əsas rəqiblərdən biri olan “Sivasspor”un yarımmüdafiəçiləri Əmrə Kılınç və Mərt Hakan Yandaş “cim-bom”la ilkin müqavilə imzalayıblar. Həm Əmrə, həm də Mərt mövsümün sonunda yeni komandası ilə 4 illik sözləşməyə qol çəkəcək. Razılığa əsasən, Mərtin illik məvacibi 1,8 milyon, Əmrənin maaşı isə 1 milyon 250 min avro təşkil edəcək.

Adıçəkilən futbolçuların “Sivasspor”la müqavilə müddəti yaya qədər olduğundan, onların keçidi “sarı-qırmızılılar”a havayı başa gələcək.