09:55 06-03-2020
news_image
238
FUTBOL

“Hər şeyə ciddi yanaşıb, bu qrupdan çıxmalıyıq” - Əfran İsmayılov

"Millimiz maraqlı qrupa düşüb. Rəqiblərin hamısı eyni gücdədir. Yalnız Monteneqronu fərqləndirərdim".

Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov deyib.

O, yığmanın Millətlər Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib. Təcrübəli futbolçunun fikrincə, komandamız Monteneqro, Kipr və Lüksemburq yığmaları ilə yer aldığı 1-ci qrupdan çıxa bilər: "Final mərhələlərinə çıxmaq üçün ən real şans elə Millətlər Liqasının qrupunu adlamaqla keçir. Hər şey oyunlardan sonra dəqiqləşəcək. Əsas odur ki, evdə maksimum nəticə qazanaq, səfərdə də ən azından uduzmayaq. Vaxtilə Lüksemburq və Monteneqro ilə oynamışıq. Lüksemburqu həm udmuşuq, heç-heçə etmişik. Həmin oyunlar geridə qaldı. Hazırda zəif rəqib yoxdur. Hamı futbol oynamağı bacarır. Ona görə də hər şeyə ciddi yanaşıb, bu qrupdan çıxmalıyıq".

Qeyd edək ki, Əfran İsmayılov Azərbaycan millisinin heyətində 38 oyuna 5 qol vurub.