10:27 06-03-2020
news_image
96
FUTBOL

AFFA rəsmisi Ukrayna yığmasının oyununda

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik beynəlxalq oyuna təyinat alıb.

Apasport.az saytının məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununda iş başında olacaq.

AFFA rəsmisi martın 31-də keçiriləcək Ukrayna – Şimali İrlandiya oyununa hakim-inspektor təyin edilib. Bu matç Lvov şəhərində baş tutacaq.