11:33 06-03-2020
news_image
142
FUTBOL

“Rəqibləri qiymətləndirməmək haqqımız yoxdur” – monteneqrolu futbolçu

“Düşünürəm ki, qrupun tərkibindən məmnun qalmalıyıq. Bizə yad olmayan rəqiblərlə qarşılaşacağıq”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Monteneqro millisinin yarımmüdafiəçisi Marko Bakiç deyib.

C liqasında yer aldıqları 1-ci qrupu dəyərləndirən "Muskron"un orta sahə oyunçusu birincilik şanslarının olduğunu söyləyib: "Rəqiblərin hamısı ilə qarşılaşdığımız üçün birincilik şansımızın olduğuna əminəm. Heç kimi qiymətləndirməmək haqqımız yoxdur. Ancaq komandamızın keyfiyyəti və imkanlarına əsasən deyə bilərəm ki, birinci yeri tuta bilərik. Payıza qədər hələ vaxtımız var. Yoldaşlıq görüşləri turnirə hazırlıq baxımından çox önəmli olacaq”.

Qeyd edək ki, Azərbaycan millisi C liqasının 1-ci qrupunda Monteneqro, Kipr və Lüksemburqla qarşılaşacaq. Yarışın oyunları sentyabr-noyabr aylarında keçiriləcək.