11:35 06-03-2020
news_image
178
FUTBOL

Yığmamızın rəqibi yeni futbolçu milliləşdirir

UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Monteneqro yığmasına yeni futbolçu çağırılacaq.

Apasport.az saytının məlumatına görə, “Rusenborq”un hücumçusu Dino İslamoviç bu komandanın formasını geyinmək niyyətindədir.

İsveçdə anadan olan, bu ölkənin aşağı yaş qrupu yığmaları ilə yanaşı, əsas millisinin də heyətində 1 yoldaşlıq görüşündə iştirak edən 26 yaşlı oyunçu Monteneqro vətəndaşlığını alıb. Əslən Monteneqrodan olan futbolçunun qarşıdakı toplanışda heyətə cəlb olunması üçün yerli futbol assosiasiyası UEFA-ya müraciət edib.

Qeyd edək ki, Monteneqro yığması C liqasının 1-ci qrupunda Azərbaycan, Kipr və Lüksemburq milliləri ilə mübarizə aparacaq.