14:02 06-03-2020
news_image
166
FUTBOL

Məşqçi davranışına görə komandadan üzr istədi – “Barselona”da

“Barselona”nın baş məşqçisi Kike Setyen köməkçisi Eder Sarabianın futbolçularla olan rəftarına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis bu səbəbdən komandadan üzr istədiklərini söyləyib.

Setyen, eyni zamanda Ederə xəbərdarlıq da edib: “Ederlə danışdıq, həll yolu tapmağa çalışırıq. Komandadan artıq üzr istəmişik. Bu, ən çox mənim səhvimdir, nəzarəti əlimdə saxlamalıyam. Yaşananlar məni narahat edir. Bizi zəif məşqçiliyə, uğursuz əvəzləmələrə görə tənqid də bilərlər, ancaq davranışa görə yox. Ederin emosional olması yaxşıdır, amma özünü idarə etməyi öyrənməlidir. Bənzər hadisələr keçmişdə də yaşandığından, o, üzərində çalışır. Biz klubu texniki zonada təmsil edirik, davranışımız qüsursuz olmalıdır”.

Qeyd edək ki, “Barselona” futbolçuları aqressiv davranışlarına görə köməkçi-məşqçi Eder Sarabiadan şikayətləniblər.