14:55 06-03-2020
news_image
194
FUTBOL

“Qarabağ”ın səfər, “Neftçi”nin ev sınağı

Sabah Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, tur iki gün davam edəcək.

İlk oyun günündə iki matç baş tutacaq. Öncə diqqətlər Qəbələyə yönələcək. Eyniadlı komanda öz meydanında “Sumqayıt”la üz-üzə gələcək. Elmar Baxşıyevin yetirmələri mövsümün ikinci yarısında ilk ev qələbəsini qazanmağa köklənib. 4-cü pilləni qorumağa çalışan sumqayıtlılar da səfərdən qalib ayrılmaq niyyətindədir.

“Sumqayıt”ın büdrəməsini gözləyən “Sabah” “Neftçi” ilə üz-üzə gələcək. “Ağ-qaralar” ötən turdakı xal itkisindən sonra ev oyununda qalib gəlməlidir. Qonaqlar isə ilk “dördlük” uğrunda mübarizədə şanslarını artırmaq üçün qələbə qazanmaq əzmindədir.

İkinci oyun günü turnir cədvəlindəki qonşuların dueli ilə başlayacaq. “Səbail” öz meydanında “Zirə”ni sınağa çəkəcək. Uğursuzluq zolağında olan qonaqlar 4 matçlıq məğlubiyyət seriyasını dayandırmaq üçün meydana çıxacaqlar. Aftandil Hacıyevin yetirmələri isə turnir cədvəlində irəliləmək üçün doğma azarkeşlər önündə müsbət nəticə qazanmalıdır.

Tura mərkəzi oyunla yekun vurulacaq. İlk “üçlük”də qərarlaşanların duelində “Keşlə” “Qarabağ”ı qəbul edəcək. Son çempion liderliyini möhkəmlətmək üçün səfərdən itkisiz ayrılmalıdır. Paytaxt təmsilçisi isə həm liderlə xal fərqini azaltmaq, həm də ikinci yer uğrunda mübarizəni davam etdirmək üçün qalib gəlməlidir.

Azərbaycan Premyer Liqası
XX tur

7 mart (şənbə)

“Qəbələ” – “Sumqayıt”
Hakimlər:
Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu, 16:00
 
“Neftçi” – “Sabah”
Hakimlər: R
əvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Kamal Umudlu
“Bakcell Arena”, 18:00

8 mart (bazar)

“Səbail” – “Zirə”
Hakimlər:
İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Rauf Allahverdiyev
“ASCO Arena”, 16:00

“Keşlə” – “Qarabağ”
Hakimlər:
Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov
“ASK Arena”, 18:00

1

Qarabağ

19

12

6

1

32-7

42

2

Neftçi

19

9

7

3

29-14

34

3

Keşlə

19

8

6

5

27-19

30

4

Sumqayıt

19

6

5

8

24-27

23

5

Sabah

19

5

6

8

19-23

21

6

Zirə

19

5

5

9

22-36

20

7

Səbail

19

5

5

9

15-27

20

8

Qəbələ

19

4

4

11

20-35

16

Bombardirlər: Stiven Monroz ("Neftçi"),  Mahir Emreli ("Qarabağ"), Peyman Babayi ("Sumqayıt") - 7 qol