
17:51
“Neftçi” və “Zirə” klublarının Azərbaycan Premyer Liqasındakı oyunlarının yeri dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, buna “Bakcell Arena”da aparılacaq renovasiya işləri səbəb olub.
Aprelin 12-də start veriləcək işlər AVRO-2020 ilə əlaqədar olaraq gerçəkləşəcək. Bu səbəbdən də Peşəkar Futbol Liqası təqvimdə dəyişiklik edib. 3-cü dövrənin “Zirə” – “Neftçi” oyunu ilə 4-cü dövrənin “Neftçi” – “Zirə” görüşünün yeri dəyişdirilib.