12:23 07-03-2020
news_image
158
FUTBOL

“Azərbaycanla oyunlar maraqlı olacaq” - Georgis Merkis

"Milli karyeramı başa vurmaq qərarına gəldim. Təbii ki, davam etdirmək istəyərdim. Amma bəzi səbəblərə görə belə qərar verdim”. 

Bunu apasport.az saytına Kipr millisinin sabiq futbolçu Georgis Merkis deyib.

36 yaşlı mərkəz müdafiəçisi Millətlər Liqasında ölkəsinin yığmasının Azərbaycana rəqib olmasından danışıb. Avrokubokda APOEL-in heyətində “Qarabağ”a qarşı da oynamış Merkis bildirib ki, hər iki komanda eyni gücdədir: “Azərbaycan da daxil olmaqla, digər komandalara qarşı oynamaq istəyərdim. Sadəcə artıq qərarımı vermişəm. Qrupdakı komandaların hamısı yaxşıdır. Rəqiblərə diqqət yetirsək, hamısı, demək olar ki, eyni gücdədir. Maraqlı oyunlar olacaq. Azərbaycanla görüşlərin də belə alınacağına inanıram. Hər iki tərəf üçün çətin oyunlar olacaq".